...

ARDNŞ "Şahdəniz" yatağından 1 milyard kubmetrdən artıq qaz əldə edib

Energetika Materials 17 Dekabr 2009 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend /

Azərbaycan yanvar-noyabr aylarında "Şahdəniz" qaz-kondensat yatağından 1 milyard kubmetrdən artıq qaz əldə edib. 2008-ci ilin analoji dövründə bu göstərici 2,4 milyard kubmetrə yaxın olub. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

Bu dövr ərzində əldə edilən qazın ümumi həcmindən 467,8 milyon kubmetri ARDNŞ-nin "Şahdəniz" layihəsindəki iştirak payına düşür. Qalan hissəsi, yəni 537,8 milyon kubmetrə yaxın qaz isə ARDNŞ tərəfindən alınıb.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) - 25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 10 faiz. Bu yataqda ümumi qaz ehtiyatı 1,2 trln. kubmetr həcmində qiymətləndirilir.

Hazırda "Cənubi Qafqaz" boru kəməri vasitəsilə Türkiyə və Gürcüstana qaz nəql olunur. 2009-cu ildə "Şahdəniz" yatağından layihənin işlənməsinin birinci mərhələsi çərçivəsində 7,2 milyard kubmetr qaz hasil ediləcək.

Bu yatağın işlənməsinin ikinci fazası çərçivəsində hər il 20 milyard kubmetrədək qaz hasil etmək planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti