...

ARDNŞ Gürcüstana qaz tədarükünü artırıb

Energetika Materials 17 Dekabr 2009 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yanvar-noyabr aylarında Gürcüstana 885 milyon kubmetrə yaxın qaz ixrac edib. 2008-ci ilin analoji dövründə bu göstərici 610,5 milyon kubmetr olub. Bu barədə ARDNŞ-dən daxil olan məlumatda deyilir.

ARDNŞ noyabr ayında Gürcüstana 93,3 milyon kubmetr qaz ixrac edib.

Gürcüstana qaz tədarükü 2008-ci ilin aprel ayında başlayıb. 2008-ci ildə Gürcüstana ümumilikdə 788,93 milyon kubmetr qaz tədarük edilib.

Ötən ilin noyabrında Azərbaycanla Gürcüstan arasında müqavilə imzalanıb. Müqavilə 2009-cu ildən başlayaraq sonrakı beş il ərzində Gürcüstanın qaz bazarında ARDNŞ-nin fəaliyyətinin fəallaşdırılması imkanlarını nəzərdə tutur. Memoranduma əsasən, ARDNŞ layihənin realizəsi üçün Gürcüstan hökumətinin müəyyənləşdirdiyi qaz istehlakçıları qruplarını (sosial qruplar) təmin edəcək törəmə müəssisə yaradır.

Xəbər lenti

Xəbər lenti