...

ARDNŞ noyabrda Azərbaycan əhalisinə 180 milyon kubmetrdən artıq qaz tədarük edib

Energetika Materials 17 Dekabr 2009 19:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend /

ARDNŞ yanvar-noyabr aylarında Azərbaycan əhalisinə 620,6 milyon kubmetr qaz verib. Bu barədə şirkətin məlumatında detyilir.

Noyabrda ARDNŞ tərəfindən əhaliyə 186 milyon kubmetrə yaxın qaz verilib.

Şirkət tərəfindən sənaye müəssisələrinə 333,5 milyon kubmetrə yaxın qaz göndərilib. Noyabr ayında bu göstərici 79,1 milyon kubmetr təşkil edib.

Kommunal müəssisələrə bu dövr ərzində 30,4 milyon kubmetrə yaxın qaz verilib. Noyabrda bu göstərici 10,1 milyon kubmetr təşkil edib.

Yanvar-noyabr aylarında ARDNŞ digər müəssisələrə 98,6 milyon kubmetrə yaxın qaz göndərib. Noyabrda bu göstərici 33 milyon kubmetrə yaxın olub.

Əvvəllər ölkə daxilindəki bütün qaz əməliyyatlarını "Azəriqaz" QSC həyata keçirirdi. İyun ayında "Azəriqaz" QSC İstehsalat Birliyi qismində yenidən təşkil edilərək ARDNŞ-nin tərkibinə daxil edilib.

Xəbər lenti

Xəbər lenti