...

Azərbaycanın Nazirlər Kabineti energetika sahəsində islahatlara dəstək layihəsi üzrə tədbirlər planını təsdiq edib

Energetika Materials 18 Dekabr 2009 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr / Trend /

Azərbaycanın Nazirlər Kabineti Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13 milyon avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planını təsdiq edib. Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir.

Tədbrilər Planının həyata keçirilməsini Azərbaycanın Sənaye və Energetika, İqtisadi İnkişaf, Maliyyə nazirlikləri və digər aidiyyatı təşkilatları təmin etməlidirlər.

Planın həyata keçirilməsi üçün həm yerli, həm də xarici mütəxəssislər cəlb edilə bilərlər.

Tədbirlər planının əsas məqsədi energetika sektorunda bazar iqtisadiyyatı prinsiplərinə uyğun hərtərəfli və kompleks strategiyanın hazırlanması, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin və enerjinin səmərəli istifadəsinin artırılması və bununla bağlı müvafiq fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsi, alternativ və bərpa olunan enerji mənbələri və ümumi enerjidən səmərəli istifadə sahələrində qanunvericilik bazasının təkmilləşdirilməsi və onun Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılmasıdır.

Sıra

№-si

Tədbirin adı və qısa təsviri

Tədbirin icra müddəti

(illər üzrə)

Tədbirin büdcəsi

Benefisiar təşkilatlar

1

2

3

4

5

1.       

"Energetika sahəsində İslahatlara Dəstək Proqramı" çərçivəsində texniki yardım və təchizat layihələrinin tender sənədlərinin hazırlanması.

Bu layihə "Energetika sahəsində İslahatlara Dəstək Proqramı" çərçivəsində beynəlxalq tender çərçivəsində seçiləcək və həyata keçiriləcək texniki yardım və təchizat layihələrinin texniki tapşırıqları, beynəlxalq standartlara uyğun tender sənədlərini hazırlayacaq və tender prosedurlarının həyata keçirilməsinə dəstək göstərəcək

2010

300,0 min.  avro

Sənaye və Energetika Nazirliyi

2.       

"Energetika sahəsində İslahatlara Dəstək Proqramı"nın həyata keçirilməsinə dəstək layihəsi

Əsas komponentlər:

2.1. enerji sektorunda hərtərəfli və kompleks inkişaf strategiyasının hazırlanması;

2.2. alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) və enerjidən səmərəli istifadə (ESİ) üzrə tədbirlər planlarının hazırlanması və icrası;

2.3. Energetika sahəsində Müstəqil Tənzimləyici Agentliyin yaradılmasının texniki-iqtisadi əsaslandırılmasının hazırlanması;

2.4. ABOEM və ESİ sahələrində qanunvericiliyin təkmilləşdirilməsi və onun Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması;

2.5. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin fəaliyyətinə dəstək, müvafiq avadanlıq təchizatı və potensialın artırılması

2010 - 2011

5,45 mln.  avro

Sənaye və Energetika Nazirliyi

3.       

ABOEM-dən istifadənin və ESİ-nin genişlənməsinə dəstək layihəsi

Əsas komponentlər:

3.1. ABOEM və ESİ üzrə məlumatlandırma kampaniyası proqramının hazırlanması və icrası;

3.2. ABOEM və ESİ texnologiyalarının yayılması üzrə proqramın hazırlanması və icrası;

3.3. ABOEM-dən istifadəni və ESİ-nin təkmilləşdirilməsini həvəsləndirən maliyyə stimullarının müəyyənləşdirilməsi;

3.4. ABOEM və ESİ sahələrində pilot investisiya layihələrinin müəyyənləşdirilməsi, texniki-iqtisadi əsaslandırılmalarının hazırlanması və tenderin keçirilməsi

2010 - 2011

1,0 mln.  avro

Sənaye və Energetika Nazirliyi

4.       

Energetika sahəsində rəsmi statistikanın təkmilləşdirilməsi

Əsas komponentlər:

4.1. ev təsərrüfatlarında enerji növlərinin istehlakı haqqında seçmə statistika müşahidəsi;

4.2. fərdi sahibkarlar tərəfindən enerji növlərinin istehsalı və istehlakı haqqında seçmə statistika müşahidəsi;

4.3. hüquqi şəxslər tərəfindən enerji növlərinin istehsalı, hərəkəti və istehlakı haqqında statistika müşahidəsi

2010 - 2011

250,0 min avro

Dövlət Statistika Komitəsi

5.       

Dövlət maliyyəsinin idarə olunmasının (DMİ) təkmilləşdirilməsinə dəstək layihəsi

Əsas komponentlər:

5.1. DMİ üzrə fəaliyyət planının hazırlanması;

5.2. DMİ üzrə fəaliyyət planının icrası

2010 -  2011

1,0 mln.  avro

Maliyyə Nazirliyi

6.       

ABOEM və ESİ üzrə pilot investisiya layihələrinin həyata keçirilməsi

2011 -  2012

5,0 mln.  avro

Sənaye və Energetika Nazirliyi

Xəbər lenti

Xəbər lenti