...

ARDNŞ Xəzərin perspektivli strukturunda quyunu genişləndirir

Energetika Materials 19 Dekabr 2009 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr / Trend , müxbir E.İsmayılov/

ARDNŞ "Ümid" perspektivli qaz-kondensat strukturunda ilk kəşfiyyat quyusunun genişləndirilməsi üzrə işlər görür. Bu barədə ARDNŞ-dəki mənbə deyib.

"Hazırda quyunun dərinliyi 2615 metr təşkil edir və quyunun genişləndirilməsi işləri aparılır", - mənbə deyib.

"Əvvəllər bu il kəşfiyyat qazmaları çərçivəsində 6500 metrlik layihə dərinliyindən 4 minə yaxın həcmdə qazıntı işləri aparmaq nəzərdə tutulsa da, işlərin gedişatı planlaşdırlmış göstəriciyə nail olmağa imkan verməyib", - həmsöhbət deyib.

Əvvəlcə mənbə demişdi ki, "Ümid" strukturunda quyunun qazılması gələn ilin oktyabr-noyabr ayına başa çatacaq.

Bu, ARDNŞ-nin son 15 ildə apardığı ilk müstəqil kəşfiyyat qazmasıdır. ARDNŞ geoloqları "Ümid" perspektivli strukturda ehtimal edilən qaz ehtiyatını 300 milyard kubmetr, qaz-kondensat ehtiyatını isə 30-40 milyon ton həcmində dəyərləndirirlər.

ARDNŞ kəşfiyyat quyularının da qazıldığı "Ümid-1" platformasının inşaatını başa çatdırıb. "Ümid-1" platforması tikintisi yarımçıq qalan "Çıraq-6" platformasının əsasında tikilib. Bu platforma proqram çərçivəsində ən iri obyekt hesab edilir, hündürlüyü 72 metrdir. Platforma dənizin 58 metr dərinliyində "Bulla dəniz" yatağının 15 kilometrliyində yerləşir. Ümumilikdə, platformada 6 qaz quyusunun qazılması planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti