...

Bakıda "Enerji ixracatçıları: siyasət, cəmiyyət və iqtisadiyyat" mövzusunda simpozium keçirilir

Energetika Materials 19 Dekabr 2009 11:58 (UTC +04:00)
Bakıda Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Enerji ixracatçıları: siyasət, cəmiyyət və iqtisadiyyat" mövzusunda ikigünlük simpozium keçirilir.
Bakıda "Enerji ixracatçıları: siyasət, cəmiyyət və iqtisadiyyat" mövzusunda simpozium keçirilir

Azərbaycan, Bakı, 19 dekabr / Trend , müxbir M.Əliyev/

Bakıda Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Enerji ixracatçıları: siyasət, cəmiyyət və iqtisadiyyat" mövzusunda ikigünlük simpozium keçirilir. Simpozium dünya elmində Azərbaycan barədə məlumatın artırılması, Azərbaycan və xarici elm xadimləri arasında əlaqələrin qurulması, Azərbaycanın təhsil sistemində aparılan islahatların həyata keçirilməsinə imklan yaradacaq münasibətlərin gücləndirilməsi məqsədilə keçirilir.

Simpoziumda Azərbaycanın və digər ölkələrin doktorantları və fəlsəfə elmləri doktorları iştirak edir. Tədbirdə 20 gənc azərbaycanlı, o cümlədən Avropa və Amerikanın prestijli universitetlərinin doktoranturalarında təhsil alanlar enerji ixrac edən ölkələrin fərqli xüsusiyyətlərini müzakirə edir.

Amerikalı elmlər doktoru Frederik Star öz çıxışında ADA-nın rolunu qeyd edib. "Mən təkcə Azərbaycanda deyil, eləcə də bütün regionda və dünyada Azərbaycan Diplomatik Akademiyasının fəaliyyətinə heyranam", - Con Hopkins Univeritetinin professoru Star deyib.

Onun sözlərinə görə, ADA elmi ideya və təcrübələrin mübadiləsi sahəsində regionda mediator və özünəməxsus beyin mərkəzi rolunu oynayır ki, bu da çox vacibdir.

Xəbər lenti

Xəbər lenti