...

Azərbaycanda yanacaq-enerji balansının hazırlanmasına başlanıb

Energetika Materials 21 Dekabr 2009 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 dekabr /Trend capital/

Azərbaycanın Sənaye və Enerji Nazirliyi 2010-cu ildə ölkənin yanacaq enerji balansının hazırlanmasına başlayıb.

Gələn ilə olan əsas balans göstəricilərindən biri qaz üzrə göstəricidir. Onlara Azərbaycanın "Şahdəniz" qaz kondensat yatağından əldə etdiyi qazın həcmi, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin "Azəri-Çıraq-Günəşli" yatağından Azərbaycana verdiyi səmt qazı, həmçinin Dövlət Neft Şirkətinin şəxsi qazının hasilat həcmi daxildir.

Qaz balansı Rusiya və İrana ixrac məsələsində mühüm əhəmiyyət kəsb edir. Bu il ARDNŞ və Rusiyanın Qazprom şirkəti Azərbaycan qazının 2010-cu ildən etibarən Rusiyaya tədarükünə dair saziş imzalayıb. Müqavilənin şərtlərinə əsasən, tədarük həcmi il ərzində 500 milyon kubmetrdən az olmayacaq. İranla da bu ölkənin şimal hissəsinə qış dövründə qaz tədarükünə dair saziş imzalanıb.

Hazırda gələn ilə yanacaq-enerji balansının göstəricilərinin təsdiq edilməsi və ilkin razılaşdırılmaları aparılır. Hazırlandıqdan sonra sənəd təsdiq üçün hökumətə təqdim eediləcək.

Xəbər lenti

Xəbər lenti