...

Dekabrın 22-də Bakının bir sıra rayonlarına qaz verilişində fasilələr müşahidə olunacaq

Energetika Materials 21 Dekabr 2009 19:47 (UTC +04:00)
Çərşənbə axşamı saat 10:00-dan 18:00-dək Albalılıq ərazisinə, Sabunçu rayonunun Maştağa qəsəbəsinə qaz verilişində fasilə müşahidə olunacaq.
Dekabrın 22-də Bakının bir sıra rayonlarına qaz verilişində fasilələr müşahidə olunacaq

Azərbaycan, Bakı, 21 dekabr / Trend /

Çərşənbə axşamı saat 10:00-dan 18:00-dək Albalılıq ərazisinə, Sabunçu rayonunun Maştağa qəsəbəsinə qaz verilişində fasilə müşahidə olunacaq. Bu barədə balansında Azərbaycanın bütün qaz təsərrüfatı yerləşən ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yaydığı məlumatda deyilir.

Qazın verilişindəki fasilələrə səbəb çərşənbə axşamı planlaşdırılmış Maştağa-Bilgəh və Maştağa-Nardaran ortatəzyiqli qaz kəmərlərində baş vermiş qaz sızıntısının aradan qaldırılmasına dair işlərdir.

Binəqədi qaztənzimləyici məntəqədən paytaxtın 9-cu mikrorayonuna gedən 273 millimetr qaz kəməri üzrə qaz şkafının quraşdırılması səbəbindən 6, 7, 8, 9-cu mikrorayonlara, o cümlədən Rəsulzadə qəsəbəsinə saat 10:00-dən 16:00-dək qaz verilişi dayandırılacaq.

Həmçinin küçələrə qaz xətlərinin çəkilməsi üzrə işlərlə əlaqədar Nizami rayonunun bəzi küçələrinə saat 10:00-dan etibarən qazın verilişində müvəqqəti fasilələr müşahidə olunacaq.

Xəbər lenti

Xəbər lenti