...

İranda bioqazla işləyən ilk elektrik stansiyası istismara verilib

Energetika Materials 22 Dekabr 2009 20:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr / Trend /

İranın Şiraz əyalətində bioqazla işləyən ilk elektrik stansiyası istismara verilib. Məlumatı MEHR agentliyi yayıb.

Bioqazla işləyən Şiraz elektrik stansiyası Şiraz şəhər İcra Hakimiyyəti və özəl sektorun birgə layihəsi əsasında istismara verilib.

Şirazdakı elektrik stansiyası bir meqavat elektrik enerjisi istehsal edə bilir və gücün 4 meqavatadək artırılması qabiliyyətinə malikdir. Şiraz şəhər İcra Hakimiyyəti layihəyə 1 milyon dollar, özəl sektor isə 1,5 milyon dollar investisiya qoyub.

Xəbər lenti

Xəbər lenti