...

Azərbaycan neftinin qiymətləri dekabrın 23-də artıb

Energetika Materials 24 Dekabr 2009 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir E.İsmayılov/

Dekabrın 23-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $76,31/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə axşamı verilən məlumata görə, çərşənbə günü neftin qiyməti çərşənbə axşamına nisbətən $2,67/barel artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan "Bakı-Tbilisi-Ceyhan" boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 23-də $75,09/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $2,66/barel çoxdur.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal "Bakı-Novorossiysk" boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 23-də $72,35/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $2,7/barel çoxdur.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti dekabrın 23-də $74,02/barel təşkil edib. Bu, əvvəlki qiymətdən $2,48/barel çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti