...

Türkiyə yanvar-noyabrda 30 milyard kubmetrdən çox qaz idxal edib

Energetika Materials 25 Dekabr 2009 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr / Trend , müxbir E.İsmayılova/

Yanvar-noyabrda Türkiyənin dövlət boru kəməri şirkəti "Botaş" müxtəlif mənbələrdən Türkiyəyə 30,2 milyard kubmetr qaz idxal edib. Bu barədə "Botaş"ın rəsmi saytında yayılan məlumatda deyilir. Ümumilikdə, 2008-ci ildə "Botaş" şirkəti 38 milyard kubmetr qaz idxal edib.

Həmçinin yanvar-oktyabrda "Botaş" boru kəməri şirkətinin ixrac əməliyyatları 645 milyon kubmetr qaz olub.

Türkiyə ümumilikdə 2008-ci ildə 2007-ci ildəki 31 milyon kubmetr qaza nisbətdə 443 milyon kubmetr qaz ixrac edib.

Yanvar-noyabrda Türkiyənin daxili bazarında təxminən 28,7 milyard kubmetr qaz reallaşdırılıb. Türkiyədə 2008-ci ildə,2007-ci ildə satılmış 35,1 milyard kubmetr qaza nisbatdə 36 milyard kubmetr qaz satılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti