...

ARDNŞ yeni gəmilər alıb

Energetika Materials 25 Dekabr 2009 20:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr / Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Caspian Marin Services ilə ittifaq çərçivəsində iki sərnişin gəmisi - "Araz" və "Xudafərin" alıb. Bu barədə ARDNŞ-nin cümə günü yayılmış məlumatında deyilir.

Cəmi beş gəmi sifariş edilib. Qalan gəmilərin inşası hələ davam etdirilir. Üçüncü gəmi - "Batabat"ın alınması 2010-cu ilə planlaşdırılır.

Yeni gəmilərin özünəməxsusluğu ondan ibarətdir ki, bu gəmilər sərnişinlərlə yanaşı, 70 tonadək yükgötürmə imkanına malikdir.

İttifaq 2006-cı ilin mayında tərəflər arasında imzalanmış onillik müqavilə əsasında yaradılıb. Müqaviləyə əsasən, ittifaq xarici şirkətlərə xidmət etmək məqsədi ilə ARDNŞ-nin Xəzər Dəniz Neft Donanmasındakı gəmilərindən istifadə edir, həmçinin onun gəmilərinə lazımi modernizasiya istehsal edir. İttifaqın əsas sifarişçiləri ARDNŞ, bp-Azerbaijan və LUKoyldur.

Xəbər lenti

Xəbər lenti