...

OPEK kartelə daxil olmayan ölkələr tərəfindən neft tədarükü üzrə proqnozlarını artırıb

Energetika Materials 26 Dekabr 2009 11:02 (UTC +04:00)
OPEK 2010-cu ildə kartelə daxil olmayan ölkələr tərəfindən neft tədarükünün sutkada 310 min barel artaraq sutkada 51,27 milyon barelə çatacağını proqnozlaşdırır. Bu göstərici OPEK-in ötən ay prqnozlaşdırdığı tədarükün həcmindən sutkada 42 min barel çoxdur. OPEK bu ölkələrdən dörd rüb ərzində neft tədarükünü sutkada 51,62 milyon barel səviyyəsində proqnozlaşdırır.
OPEK kartelə daxil olmayan ölkələr tərəfindən neft tədarükü üzrə proqnozlarını artırıb

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir A.Bədəlova/

OPEK 2010-cu ildə kartelə daxil olmayan ölkələr tərəfindən neft tədarükünün sutkada 310 min barel artaraq sutkada 51,27 milyon barelə çatacağını proqnozlaşdırır. Bu göstərici OPEK-in ötən ay proqnozlaşdırdığı tədarükün həcmindən sutkada 42 min barel çoxdur. OPEK bu ölkələrdən dörd rüb ərzində neft tədarükünü sutkada 51,62 milyon barel səviyyəsində proqnozlaşdırır.

OPEK-in neft bazarına dair dekabr məruzəsinə əsasən, 2009-cu ildə kartelə daxil olmayan ölkələrə neft tədarükü sutkada 0,5 milyon barel artaraq sutkada 50,96 milyard barelə çatacaq. Artım əsasən ABŞ, Kanada, Rusiya, Azərbaycan, Qazaxıstan kimi ölkələrin hesabına təmin edilib.

OPEK-in proqnozlarına əsasən, Azərbaycan neftinin tədarükü 2009-cu ildə sutkada 0,12 milyon barel artaraq sutkada 1,03 milyon barelə çatacaq. Bu ilin dördüncü rübü ərzində OPEK ölkə neftinin tədarükünü sutkada 1,07 milyon barel səviyyəsində proqnozlaşdırır.

OPEK-in proqnozlarına əsasən, Azərbaycan neftinin tədarükü 2010-cu ildə sutkada 0,13 milyon barel artaraq sutkada 1,16 milyon barelə çatacaq. Növbəti ilin birinci rübündə OPEK ölkə neftinin tədarükünü sutkada 1,09 milyon barel, ikinci rübündə sutkada 1,13 milyon barel, üçüncü rübündə sutkada 1,17 milyon barel, dördüncü rübündə sutkada 1,23 milyon barel səviyyəsində proqnozlaşdırır.

OPEK-in proqnozlarına görə, keçmiş Sovet İttifaqı ölkələrindən neft tədarükü 2009-cu ildə sutkada 12,92 milyon barel, 2010-cu ildə isə sutkada 13,2 milyon barel təşkil edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti