...

Bakı-Tbilisi-Ceyhan vasititəsilə neftin nəql edilməsinə dair tariflər "normaldır" – ARDNŞ rəhbəri

Energetika Materials 26 Dekabr 2009 16:02 (UTC +04:00)
Bakı-Tbilisi-Ceyhan boru-kəməri vasitəsilə neftin nəql edilməsinə dair təyin edilmiş tariflər normaldır. Bu barədə şənbə günü, ARDNŞ Prezidenti Rövnəq Abdullayev Türkiyənin BTC layihəsi çərçivəsində zərərləri haqqda KİV-də yayılan məlumatı şərh edərkən deyib.

Azərbaycan, Bakı, 26 dekabr / Trend , müxbir E. İsmayılov/

Bakı-Tbilisi-Ceyhan boru-kəməri vasitəsilə neftin nəql edilməsinə dair təyin edilmiş tariflər normaldır. Bu barədə şənbə günü, ARDNŞ Prezidenti Rövnəq Abdullayev Türkiyənin BTC layihəsi çərçivəsində zərərləri haqqda KİV-də yayılan məlumatı şərh edərkən deyib.

"Bu istiqamətdə müəyyən danışıqlar aparılır. Biz öyrənəcəyik ki, bu nə zərərlərdir və nədən baş veriblər. Mənə elə gəlir ki, təyin edilmiş tariflər normaldırlar və bu tariflər çərçivəsində işləmək olar", - Abdullayev deyib.

Lakin onun sözlərinə görə, əgər hansısa bir vəziyyət nəticəsində dəyişikliklər baş veribsə, "O zaman Türkiyənin Botas şirkəti onları təqdim və sübut etməlidir. Sonra isə biz onları nəzərdən keçirə bilərik".

BTC boru kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşasına 2003-cü ilin aprelində, neftlə doldurulmasına isə 2005-ci ilin mayında başlanılıb.

Layıhənin səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz ); Statoil (8,71 faiz ); ТРАО (6,53 faiz ); Eni (5 faiz ); Total (5 faiz ); Itochu (3,40 faiz ); Inpex (2,50 faiz ); ConocoPhillips (2,50 faiz ) və Amerada Hess (2,36 faiz).

Xəbər lenti

Xəbər lenti