...

ARDNŞ 2010-cu ildə Gürcüstandakı şəxsi YDM-lərinin sayını ikiqat artırmağı planlaşdırır

Energetika Materials 28 Dekabr 2009 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2010-cu ildə Gürcüstanda şəxsi brendi altında daha 30 yanacaqdoldurma məntəqəsini (YDM) təhvil verməyi planlaşdırır. Bu barədə bazar ertəsi ARDNŞ-nin Gürcüstandakı törəmə müəssisəsi olan SOCAR Energy Georgia-dan deyilib.

"Növbəti ildə yanacaqdoldurma məntəqələri ilə əlaqədar böyük planlar var. Növbəti il daha 30 YDM-in açılması planlaşdırılır", - mənbə deyib.

Hazırda Gürcüstanda ARDNŞ brendi altında 28 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. İlin sonuna kimi Tbilisi və Borjomidə daha iki YDM açıla bilər.

SOCAR Energy Georgia Gürcüstanın neft və neft məhsulları bazarında distribüsiya və marketinqlə məşğuldur. Şirkət Gürcüstan bazarında neft məhsulları və qaz satışını həyata keçirir.

SOCAR Georgia-nın həmtəsisçiləri: ARDNŞ (51%), Petro-Trans FZCO (32,7%) və Vano Çxartişvilidir (16,3%).

Xəbər lenti

Xəbər lenti