...

"Azəriqaz" İB gücləndirici iş rejiminə keçib

Energetika Materials 28 Dekabr 2009 18:19 (UTC +04:00)
"Dünya Azərbaycanlılarının Həmrəyliy günü və Yeni ilin keçirilməsi ilə əlaqədar olaraq dekabrın 28-dən ARDNŞ-nın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" istehsalat birliyi gücləndirici iş rejiminə keçib", -bu barədə ARDNŞ-nın bazar ertəsi yayılan məlumatında deyilir.
"Azəriqaz" İB gücləndirici iş rejiminə keçib

Azərbaycan, Bakı, 28 dekabr / Trend / 

"Dünya Azərbaycanlılarının Həmrəyliy günü və Yeni ilin keçirilməsi ilə əlaqədar olaraq dekabrın 28-dən ARDNŞ-nın (Azərbaycan, Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" istehsalat birliyi gücləndirici iş rejiminə keçib", -bu barədə ARDNŞ-nın bazar ertəsi yayılan məlumatında deyilir.

Bayram günlərində əhalinin fasiləsiz olaraq qazla təchiz edilməsi üçün texnoloji rejimə müvafiq olaraq nəql edilən qazın təzyiqi artırılıb. Həmçinin bədbəxt hadisələrin qarşısını almaq üçün bütün lazımi tədbirlər görülüb.

Bayramla əlaqədar olaraq istehsalat birliyi borcu olan abunəçilərin qazla təchizatını dayandırmaq niyyətində deyil, -məlumatda deyilir.

Bununla yanaşı "Azəriqaz" növbəti dəfə borcu olanlara borc ödənilmədiyi halda yanvarın 5-dən qaz təchizatının dayandırılması barədə xəbərdarlıq edir.

Xəbər lenti

Xəbər lenti