...

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 15 milyard dollara çatıb

Energetika Materials 29 Dekabr 2009 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir E.İsmayılov/

10 il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 15 milyard dollara çatıb. Bu barədə ARDNF-in icraçı dirtektoru Şahmar Mövsümovun çərşənbə axşamı "Respublka" qəzetində yerləşdirilmiş məqaləsində deyilir. ARDNF 1999-cu ildə yaradılıb.

"Fondun aktivləri əvvəlcə 271 milyon dollar olub, 10 ililk fəaliyyət dövründə isə 15 milyard dollara çatıb", - Mövsümov deyib.

Onun sözlərinə görə, bu dövrdə ARDNF böyük təcrübə toplayıb və vəsaitlərlə idarə sahəsində peşəkarlıq səviyyəsini artırıb. 10 il ərzində Neft Fondunun öz şəxsi vəsaitlərinin idarəsindən gələn gəlir 1 milyard dollara çatıb.

ARDNF-in vəziyyətinə əsasən vəsaitlər strateji vacib infrastruktur obyektlərinin inşasına və yenidən qurulmasında, həmçinin mühüm ümummilli problemlərin həll edilməsində istifadə edilə bilər. 2001-2009-cu illərdə həm neft sektoruna, həm də ölkənin qeyri-neft sektorunun infrastruktur sahəsinin inkişafına xüsusi diqqət ayrılıb. Hazırda fondun vəsaitləri hesabına süni suvarma və nəqliyyat sahəsində bir sıra mühüm layihələr maliyyələşir.

Bütün fəaliyyət dövrü ərzində ARDNF-in gəlirləri 28 milyard dolları keçib.

Xəbər lenti

Xəbər lenti