...

Azərbaycan Dövlət Neft Fondunun BTC neft kəmərindən əldə etdiyi qazanc payı 300 milyon dolları ötüb

Energetika Materials 29 Dekabr 2009 17:01 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Fondunun Bakı-Tbilisi-Ceyhan neft kəmərindən əldə etdiyi qazanc payı 2009-cu ilin sonuna 314,8 milyon dollar təşkil edib, ARDNF-ın icraçı dirtektoru Şahmar Mövsümovun çərşənbə axşamı "Respublka" qəzetində yerləşdirilmiş məqaləsində deyilir. ARDNŞ neft kəmərinin tikintisi layihəsində Azərbaycan tərəfinin iştirak payını tam maliyyələşdirdiyi üçün BTC neft kəmərinin fəaliyyətindən qazanc payı əldə edir.
Azərbaycan Dövlət Neft Fondunun BTC neft kəmərindən əldə etdiyi qazanc payı 300 milyon dolları ötüb

Azərbaycan, Bakı, 29 dekabr/ Trend , müxbir E.İsmayılov/

Azərbacan Dövlət Neft Fondunun Bakı-Tibilisi-Ceyhan neft kəmərindən əldə etdiyi qazanc payı 2009-cu ilin sonuna 314,8 milyon dollar təşkil edib, ARDNF-ın icraçı dirtektoru Şahmar Mövsümovun çərşənbə axşamı "Respublka" qəzetində yerləşdirilmiş məqaləsində deyilir. ARDNŞ neft kəmərinin tikintisi layihəsində Azərbaycan tərəfinin iştirak payını tam maliyyələşdirdiyi üçün BTC neft kəmərinin fəaliyyətindən qazanc payı əldə edir.

Mövsümov məqalədə qeyd edir ki, ARDNF-ın 2002-2006-cı illərdəki layihələr çərçivəsində xərcləri 297,8 milyon manat (312,6 milyon dollar) təşkil edib.

Xəzər və Aralıq dənizlərini birləşdirən bu enerji dəhlizinin fəaliyyətə başlaması nəticəsində neftin dünya bazarlarına geniş miqyaslı nəqli başlayıb və ölkə iqtisadiyyatının inkişafı üçün böyük imkanlar açılıb", - Mövsümov deyib.

Onun sözlərinə görə, boru kəmərinin istismara başlaması ilə Azərbaycanla çoxvariantlı ixrac strategiyasının həyata keçirilməsi üçün imkanlar yaranıb və ölkənin tranzit potensialı bir neçə dəfə artıb.

Boru kəmərinin illik buraxılma gücü 50 milyon ton neft təşkil edir. Neft kəmərinin tikintisinə 2003-cü ildə başlanıb, 2006-cı ildə isə istismara verilib. Neft kəmərinin inşasına ümumi kapital xərcləmələri 2,977 milyard dollar təşkil edir.

BTC boru kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycanın, 249 km-i Gürcüstanın, 1076 km-i isə Türkiyənin ərazisindən keçir.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz ); Statoil (8,71 faiz ); ТРАО (6,53 faiz ); Eni (5 faiz ); Total (5 faiz ); Itochu (3,40 faiz ); Inpex (2,50 faiz ); ConocoPhillips (2,50 faiz ) və Amerada Hess (2,36 faiz ).

Derkabrın 29-na olan cari məzənnə 0,8031 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti