...

Azərbaycan Prezidenti əhalinin təbii qazdan istifadə üzrə borclardan azad edilməsi haqda fərman imzalayıb

Energetika Materials 29 Dekabr 2009 21:00 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə sərəncam imzalayıb, AzərTAc Dövlət İnformasiya agentliyi bu haqda məlumat yayıb.
Azərbaycan Prezidenti əhalinin təbii qazdan istifadə üzrə borclardan azad edilməsi haqda fərman imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə sərəncam imzalayıb, AzərTAc Dövlət İnformasiya agentliyi bu haqda məlumat yayıb.

"Son illər əhalinin təbii qaza olan tələbatının təmin edilməsi istiqamətində vacib tədbirlər həyata keçirilib, qaz infrastrukturunun yenidən qurulmasında xeyli irəliləyişlər baş verib", - bu  barədə fərmanda deyilir. Nəticədə, əvvəllər təbii qazla təchiz olunmayan şəhər və rayonlara qaz kəmərləri çəkilib, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədi ilə sayğaclaşma işləri əsasən təmin edilib.

Bununla yanaşı qeyd olunmalıdır ki, təbii qaz istehlakçıları üzrə sayğacların quraşdırılmasınadək olan dövrdə istehlakçılar və xüsusilə əhali tərəfindən istifadə edilmiş təbii qazın dəyərinin tam ödənilməməsi illər üzrə borcların yığılmasına səbəb olub. Təbii qazın istifadəsinə görə iri miqdarda borclar əhalinin təbii qazla müntəzəm təmin edilməsinə, qazpaylayıcı şəbəkələrin zəruri təhlükəsizlik və texnoloji normalara uyğun istismar edilməsinə imkan vermir və təbii qaz təchizatı sisteminin inkişaf imkanlarını məhdudlaşdırır.

Azərbaycan Prezidenti əhalinin sosial müdafiəsinin gücləndirilməsi və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyətin tənzimlənməsi məqsədi ilə, İstehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə yaranmış 327,0 milyon manat məbləğində borcları silinməsini qərara alıb.

Əhalinin borclarının silinməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə silinmiş borcların məbləği həcmində Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsindən təzminat veriləcək.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görmək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə fərmanda nəzərdə tutulmuş təzminatın ödənilməsini təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti