...

ARDNŞ xüsusi diqqətlə mühüm qaz obyektinin geofiziki məlumatlarının interpretasiyasını aparır

Energetika Materials 30 Dekabr 2009 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dekabr / Trend , müxbir E.İsmayılov/

ARDNŞ "Kalmaz" yeraltı qaz anbarında aparılan təqdiqatlar nəticəsində alınmış üçölçülü geofiziki məlumatların interpretasiyasını və emalını həyata keçirir. Bu barədə çərşənbə günü ARDNŞ-dəki mənbə deyib.

3D tədqiqatları qaz anbarının üçölçülü modelinin yaradılması və onun genişləndirilməsi imkanının qiymətləndirilməsi üçün yaradılıb.

Məlumatların emalı və interpretasiyası 2010-cu ilin sentyabrında başa çatacaq.

"Plan üzrə işlər 2010-cu ilin sentyabr ayında başa çatmalıdır, lakin bundan əvvəl də başa çata bilər. "Kalmaz" qaz anbarı dövlət əhəmiyyətli obyektdir, bu məsələdə tələsmək olmaz", - mənbə deyib.

Azərbaycanda cəmi iki yeraltı qaz anbarı var: aktiv gücü 500 milyon kubmetr olan "Qaradağ" qaz anbarı və aktiv gücü 1,1-1,2 milyard kubmetrədək olan "Kalmaz" qaz anbarı.

Bu il Dövlət Neft Şirkəti qaz anbarlarına rekord həcmdə - 1,95 milyard kubmetr qaz vurub.

2010-cu ildə "Qaradağ" qaz anbarının genişləndirilməsinin birinci fazası çərçivəsində yeni kompressor stansiyalarının və boru kəmərlərinin inşasını və quyuların təmirini başa çatdırmaq planlaşdırılır. Anbarın aktiv gücünü 1,4 milyard kubmetrə çatdırmaq planlıaşdırılır. İkinci faza çərçivəsində isə bu göstərici 2,3 milyard kubmetrə çatdırılacaq.

Yaxın zamanlarda Azərbaycanın yeraltı qaz anbarlarına 3 milyard kubmetrə yaxın yanacaq doldurmaq mümkün olacaq. Üçüncü mərhələdə isə bu rəqəmi 5 milyard kubmetrə çatdırmaq mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti