...

Yanvarın 5-də Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 6 Yanvar 2010 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 yanvar / Trend , müxbir E.İsmayılov/

Yanvarın 5-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $81,75/barel təşkil edib. 1997-ci ildən xarici şirkətlərlə birlikdə yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə günü verilən məlumata görə, çərşənbə axşamı neftin qiyməti bazar ertəsinə nisbətən $0,52/barel artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan "Bakı-Tbilisi-Ceyhan" boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryol ilə Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla bərabər, Azeri Light nefti "Bakı-Supsa" neft kəməri vasitəsilə Supsa limanına nəql edilir.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 5-də $80,43/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,52/barel çoxdur.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal "Bakı-Novorossiysk" boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 5-də $76,72/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,12/barel çoxdur.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti yanvarın 5-də $79,34/barel təşkil edib. Bu, əvvəlki qiymətdən $0,5/barel çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti