...

ARDNŞ Xəzərdə kəşfiyyat quyusunun qazılmasını bərpa edib

Energetika Materials 7 Yanvar 2010 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 yanvar / Trend , müxbir E.İsmayılov/

ARDNŞ Xəzər dəniznin Azərbaycan sektorundakı "Ümid" perspektivli dəniz strukturunda ilk kəşfiyyat quyusunun qazılmasını bərpa edib. Bu barədə cümə axşamı ARDNŞ-dəki mənbə deyib.

"Quyunun genişləndirilməsi başa çatdıqdan sonra onun qazılması davam etdirilir", - mənbə deyib.

Onun sözlərinə görə, hazırda quyunun dərinliyi 2880 metr təşkil edir. Quyunun layihə dərinliyi isə 6500 metrdir. Qazma işlərinin başa çatdırılması bu ilin sonuna gözlənilir.

Bu, ARDNŞ son 15 ildə sərbəst həyata keçirdiyi ilk kəşfiyyat qazmasıdır. ARDNŞ geoloqları "Ümid" perspektivli strukturun ehtiyatlarını 300 milyard kubmetr həcmində, qazkondensat ehtiyatlarını isə 30-40 milyon ton həcmində qiymətləndirirlər.

Əvvəllər ARDNŞ kəşfiyyat quyusunun qazıldığı "Ümid-1" platformasının inşasını başa çatdırıb. Bu platforma tikilib başa çatmayan "Çıraq-6" platformasının bazasında tikilib. Platforma dənizin 58 metr dərinliyində, "Bulla dəniz" dəniz yatağından 15 kilometrlik məsafədə yerləşir. Ümumilikdə, platformada 6 qaz quyusunun qazılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti