...

ARDNŞ-ın birgə müəssisəsi 2009-cu ildə 20 milyon kubmetrə yaxın sənaye suları emal edib

Energetika Materials 7 Yanvar 2010 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 yanvar / Trend /

"2009-cu ildə "Ekol Mühəndislik Xidmətləri" QSC Azərbaycanın iki neft emalı zavodundan daxil olan 20 milyon kubmetrə yaxın sənaye sularını emal edib", -bu barədə QSC tərəfindən cümə axşamı yayılan məlumatda deyilir.

Məlumata görə, emal edilən suyun ümumi həcminin 10 milyon kubmetrdən çoxu Heydər Əliyev adına NEZ-nun 9,7 milyona yaxını isə "Azərneftyağ" NEZ-nun payına düşüb.

QSC tərəfindən həmçinin bu zavodların istehsal sahələrində yığılan 9 milion ton neft şlamı emal edilib.

2006-cı ilin martında Abşeron yarımadasında mövcud ekoloji problemlərin həlli üçün yaradılmış Ekol Muhendislik Xidmetleri QSC-nin həmtəsisçiləri SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) - 51 faiz və Lancer S.A. Services - 49 faizdir, - ARDNŞ-ın rəsmi internet-səhifəsində deyilir.

Xəbər lenti

Xəbər lenti