...

ARDNŞ Xəzərdə yüksək debitli qaz quyusunu istismara verib

Energetika Materials 7 Yanvar 2010 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 yanvar / Trend /

"ARDNŞ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Günəşli" dəniz yatağındakı yüksək debitli qaz quyusunu istismara verib", -bu barədə ARDNŞ-dan cümə axşamı yayılan məlumatda deyilir.

"Günəşli" dəniz yatağının dayaz hissəsi ARDNŞ-ın şəxsi vəsaitləri hesabına istismar olunur və "28 May" Neft Qaz Çıxarma İdarəsinin balansındadır.

"Günəşli-19" platformasındakı quyunun sutkalıq debiti 300 min kubmetr qaz və 40 ton kondensat təşkil edir.

2001-ci ildə istismara verilmiş "Günəşli-19" yatağı 8 quyunun qazılması üçün nəzərdə tutulsa da, ARDNŞ-nin həyata keçirdiyi "Qaz Proqramı"na uyğun olaraq platformanın genişləndirilməsi qərara alınmış və buradan qazılacaq quyuların sayının 12-yə çatdırılması nəzərdə tutulmuşdur. Hazırda plaftormada sutkalıq debiti 1,2 milyon kubmetr qaz və 1,6 min ton neft və qazkondensatı olan 11 quyu istismardadır.

Platformanın istismara verilməsindən başlayaraq burada 800 milyon kubmetr qaz və 285 min ton neft və qaz kondensatı hasil edilib.

Hazırda "Günəşli" dəniz yatağında sutkada 16,7 milyon kubmetr qaz hasil edilir.

Xəbər lenti

Xəbər lenti