...

Paytaxtın sutkalıq qaz istehlakı 11 milyon kubmetri ötüb

Energetika Materials 8 Yanvar 2010 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 yanvar / Trend , müxbir E.İsmayılov/

"Dekabrın 8-nə olan məlumatlara görə, "Azəriqaz" istehsalat birliyinin yanındakı "Bakqaz" idarəsinin Bakının qaz sisteminə sutkalıq qaz verilişi 11,3 milyon kubmetr təşkil edir. Dekabrın 28-nə olan məlumatlara görə bui göstərici 10,6 milyon kuibmetr təşkil edib", - bu barədə cümə günü idarədən mənbə deyib.

"Qaz istehlakı yenidən artıb və hazırda sutkada 11,311 milyon kubmetr təşkil edir" - mənbə deyib.

Mənbənin əvvəl dediyi kimi, yanvar-noyabrda paytaxt istehlakçılarına 2,1 milyard kubmetrdən çox qaz ötürülüb. Noyabrda paytaxtın qaz sisteminə oktyabrda ötürülmüş 123,6 milyon kubmetr məişət qazına nisbətdə 216 milyon kubmetr məişət qazı verilib.

2008-ci ildə İB Bakının qaz sisteminə ümumilikdə 2,45 milyard kubmetrə yaxın qaz verib.

Yay mövsümündə qazın sutkalıq verilişi 3-4 milyon kubmetr təşkil edir. Qışda isə bu göstərici 10-13 milyon kubmetrə çatır.

Xəbər lenti

Xəbər lenti