...

İran öz qazını Azərbaycanda saxlamaq niyyətindədir

Energetika Materials 12 Yanvar 2010 16:49 (UTC +04:00)
İran öz şəxsi qazının saxlanılması üçün Azərbaycanın yeraltı qaz anbarlarının imkanlarından istifadə etmək niyyətindədir. Bu barədə çərşənbə axşamı İran Milli İxrac Qaz Şirkətinin rəhbəri Seyid Rza Kesaizadə Bakıda, ARDNŞ-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayevlə görüş çərçivəsində deyib.

Azərbaycan, Bakı, 12 yanvar / Trend , müxbir T.Cəfərov, E.İsmayılov/

İran öz şəxsi qazının saxlanılması üçün Azərbaycanın yeraltı qaz anbarlarının imkanlarından istifadə etmək niyyətindədir. Bu barədə çərşənbə axşamı İran Milli İxrac Qaz Şirkətinin rəhbəri Seyid Rza Kesaizadə Bakıda, ARDNŞ-ın(Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayevlə görüş çərçivəsində deyib.

"Biz Azərbaycanda olan yeraltı qaz anbarlarının potensialından istifadə etmək istəyirik. Bu məsələ Azərbaycandakı boru-kəmərləri və kompressorların potensialından asılıdır. Qarşılıqlı əməkdaşlıq investisiya qoyuluşunu tələb edir və biz bu investisyaya hazırıq", - Kesaizadə deyib.

Abdulayevin sözlərinə görə, ölkənin qaz infrastrukturlarının yenidən qurulmasına, həmçinin mövcud olan qaz anbarlarının fəal gücünün artırılması üçün Dövlət Büdcəsindən 150 milyon dollar ayrılıb və bunun nəticəsində Azərbaycan qaz saxlama anbarlarının potensialı, hazırkı iki milyard kub metrə nisbətdə beş milyard kub metrədək artırılacaq. İran qazının Azərbaycanın yeraltı qaz saxlama anbarlarına gətirilməsi məsələsi, bu işlərin başa çatdırılmasından sonra danışıqlar mövzusu olacaq.

"Hazırda Azərbaycanda qaz infrastrukturlarının yenidən qurulmasına, qaz anbarlarının gücünün artırılmasına Dövlət Büdcəsindən 150 milyon dollar ayrılıb və bu gün qaz saxlama anbarlarında iki milyard kub metr qaz saxlanılır. Biz yeni investisiyaların köməyi ilə bu potensialı beş milyard kub metrədək artıracaq və İran qazının saxlanılması üzrə müzakirə aparacağıq", - Abdulayev deyib.

Azərbaycanda iki yeraltı qaz anbarı var. Bunlar Kalmaz və Qaradağ anbarlarıdır. Hazırda ARDNŞ Qaradağ anbarının genişləndirilməsinə dair fəal işlər aparır. ARDNŞ həmçinin Kalmaz anbarında geofiziki araşdırmalar aparıb.

ARDNŞ-ın məlumatında deyildiyi kimi, Azərbaycanın yeraltı qaz saxlama anbarına 2009-cu ildə, 2008-ci ildə doldurulan təxminən 1,4 milyard kub metr qaza nisbətdə 1,95 kub metr qaz doldurulub.

Qazın doldurulması qrafikinə əsasən, Kalamaz qaz anbarına təxminən 1,16 milyard kub metr qaz vurulub, genişləndirilməsinə dair işlər aparılan Qaradağ qaz anbarına isə 795,3 milyon kub metrdən çox qaz vurulub.

Qaz anbarlarının gücünün artırılması Azərbaycanın daxili bazarının qaz təminatının yüksəldilməsinə və ölkənin ixrac imkanlarını genişləndirməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti