...

Ərdoğan Moskvada türkiyəli sahibkarlarla görüşüb

Energetika Materials 13 Yanvar 2010 10:39 (UTC +04:00)
Moskvada səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan dünən axşam Rusiyada fəaliyyət göstərən türkiyəli sahibkarlarla görüşüb. Məlumatı Anadolu informasiya agentliyi yayıb.
Ərdoğan Moskvada türkiyəli sahibkarlarla görüşüb

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir A.Axundov/

Moskvada səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan dünən axşam Rusiyada fəaliyyət göstərən türkiyəli sahibkarlarla görüşüb. Məlumatı Anadolu informasiya agentliyi yayıb.

"İqtisadiyyatımız 2010-cu ildə sürətlə bərpa olunacaq. Beynəlxalq təşkilatlar da təsdiq ediblər ki, Türkiyə 2010-cu ildə ən sürətlə inkişaf edən ölkələrdən biri olacaq. Rusiya iqtisadiyyatı da bərpa olunmağa başlayıb. Bu dəyişikliklər bizim ikitərəfli iqtisadi əlaqələrimizə müsbət təsir edir", - türkiyəli nazir bildirib.

"Biz yüksək səviyyədə Rusiya ilə əməkdaşlıq üzrə hökumətlərarası şuranın yaradılması astanasındayıq. Bu şuranın yaradılmasından sonra Türkiyə-Rusiya əlaqələrində yeni era başlayacaq", - o deyib.

Ərdoğanın sözlərinə görə, o, çərşənbə günü Vladimir Putinlə görüş zamanı rusiyalı həmkarına iki ölkə arasında viza rejiminin ləğvi məsələsini razılaşdırmağı təklif edəcək.

"Türkiyə və Rusiya arasındakı əlaqələrin digər mühüm hissəsi isə energetikadır. Türkiyə yaxın günlərdə energetika sahəsində 100 milyard dollar investisiya əldə etməyə ümid edir. İnanıram ki, bu, Türkiyə və Rusiya şirkətlərinin əməkdaşlığı üçün geniş imkanların yaranmasına səbəb olacaq. Bu o deməkdir ki, Rusiyanın özəl sektoru Türkiyədə böyük yatırımlar edə bilər", - Rəcəb Tayyib Ərdoğan belə deyib.

Xəbər lenti

Xəbər lenti