...

İran Azərbaycan tərəfindən təklif edilən istənilən həcmdə qazı alacaq - NIGEC qaz ixrac şirkətinin rəhbəri

Energetika Materials 13 Yanvar 2010 19:40 (UTC +04:00)
İran istənilən həcmdə Azərbaycan qazı idxal etməyə və həmçinin öz ərazisini digər ölkələrin qaz tranziti üçün təqdim etməyə hazırdır. Bu barədə İranın Milli Qaz İxrac Şirkətinin (NIGEC) rəhbəri Seyid Rza Kesaizadə çərşənbə günü Bakıda deyib.

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir E.ismayılov/

İran istənilən həcmdə Azərbaycan qazı idxal etməyə və həmçinin öz ərazisini digər ölkələrin qaz tranziti üçün təqdim etməyə hazırdır. Bu barədə İranın Milli Qaz İxrac Şirkətinin (NIGEC) rəhbəri Seyid Rza Kesaizadə çərşənbə günü Bakıda deyib.

"Biz Azərbaycan tərəfinin İrana verməyə hazır olduğu qədər qazı almağa hazırıq.  Həmçinin, ərazimizi digər ölkələrin qaz tranziti üçün təqdim etməyə hazırıq, həmçinin swap şərtləri ilə qaz istifadə edə bilərik",- Kesaizadə deyib.

Onun sözlərinə görə, İran ölkənin cənubunda güclü qaz infrastrukturlarına sahibdir və ölkə bu infrastrukturlardan istifadə edərək həm öz qonşuları üçün həm də ölkə daxili qazın böyük həcmini nəql edə bilər.

Çərşənbə günü ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və İran Milli İxrac Qaz Şirkəti (NIGEC) Bakıda, Azərbaycan qazının İrana tədarükü üzrə qısamüddətli müqavilə imzalayıb.

Müqavilə bu ilin mart-aprel aylarınadək 100 milyon kub metr (sutkada 1,2 milyon kub metr qaz) Azərbaycan qazının İrana tədarükünü nəzərdə tutur. Azərbaycan qazı İranın əsas yataqlarından uzaqda yerləşən Şimal rayonlarına tədarük ediləcək.

Azərbaycan və İranı uzunluğu 1474,5 km. olan Qazıməmməd-Astara-Bind-Biand qaz kəməri birləşdirir. Qaz kəmərinin Azərbaycan ərazisində olan hissəsinin uzunluğu 296,5 kilometrdir. Onun buraxıcı gücü ildə 10 mlrd. kubmetrdir. Bu marşrut 1971-ci ildə istismara verilən Qazax-Astara-İran boru kəmərinin qoludur. Onun üzərində Qazıməmməd, Ağdaş və Qazaxda üç kompressor stansiyası tikilib. Qaz nəqliyyatı sistemi 55 atm. təzyiqə hesablanıb. Boru kəmərinin diametri 1200 mm.-dir.

Xəbər lenti

Xəbər lenti