...

Bakı elektrik stansiyası elektrik enerjisinin istehsalını artırıb

Energetika Materials 14 Yanvar 2010 19:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar / Trend /

Bakı elektrik stansiyası 2009-cu ildə 549,8 milyon kilovatt-saata yaxın elektrik enerjisi istehsal edib ki, bu da proqnozlaşdırılandan 42,8 milyon kilovatt-saat çoxdur, "Azərenerji" SC-tərəfindən cümə axşamı yayılan məlumatda deyilir.

Stansiyanın istismara verildiyi 2007-ci ildən etibarən 2010-cu il ynvarın 1-nə olan məlumata görə, stansiya tərəfindən 5,3 milyard kilovatt-saat elektrik enerjisi istehsal edilib.

12 aqreqatdan ibarət olan stansiyanın gücü 105 meqavatt təşkil edir.

Stansiyada birinci, dördüncü, beşinci və altıncı aqreqatlarda plan işləri başlanıb.

Xəbər lenti

Xəbər lenti