...

Yanvarın 14-də Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 15 Yanvar 2010 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir E.İsmayılov/

Yanvarın 14-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $82,02/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə günü verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətən $0,72/barel artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan "Bakı-Tbilisi-Ceyhan" boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 14-də $78,94/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,74/barel çoxdur.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal "Bakı-Novorossiysk" boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 14-də $74,93/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,45/barel çoxdur.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti yanvarın 14-də $877,85/barel təşkil edib. Bu, əvvəlki qiymətdən $0,66 /barel çoxdur.

Xəbər lenti

Xəbər lenti