...

Azərbaycan neftinin qiymətləri: 11-15 yanvar həftəsinin yekunları

Energetika Materials 18 Yanvar 2010 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir E.İsmayılov/

11-15 yanvar həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Gürcüstanın Supsa, Batumi və Türkiyənin Ceyhan limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti $80,45/bar təşkil edib. Bu, ötən həftənin orta qiymətindən $1,71/barel aşağıdır.

11-15 yanvar həftəsində AZERI LT-nin maksimum qiyməti $82,17/barel, minimum isə $79,17/barel təşkil edib.

Azeri Light-ın API üzrə qatılığı 34.6 dərəcə, kükürdün miqdarı isə 0,14%-dir.

11-15 yanvar həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti $75,55/barel təşkil edib ki, bu da keçən həftənin orta qiymətindən $1,76/barel aşağıdır.

11-15 yanvar həftəsində URALS-ın maksimum qiyməti $77,67/barel, minimum isə $73,84/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir. Kükürdün miqdarı isə 1,3%-dir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

11-15 yanvar həftəsində Brent Dated növünün orta qiyməti $78,27/barel təşkil edib ki, bu da əvvəlki həftənin orta qiymətindən $1,52/barel aşağıdır.

Ötən həftə Brent-in bir barelinin maksimum qiyməti $80/barel, minimum isə $76,89/barel təşkil edib.

Brent Dated-in qatılığı API üzrə 38 dərəcə, kükürdün miqdarı isə 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti