...

ARDNŞ dəniz yataqlarındakı infrastrukturların tədqiqatını həyata keçirib

Energetika Materials 18 Yanvar 2010 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar / Trend /

ARDNŞ-nin Geologiya və Geofizika İdarəsi "Bahar" yatağındakı platformanı (№1/11) və "Qumdəniz" yatağındakı ərazini (№30) birləşdirən boru kəmərinin sualtı tədqiqatlarını (sonar işlər) başa çatdırıb. Bu barədə bazar ertəsi idarədən yayılan məlumatda deyilir.

Boru kəmərinin uzunluğu 21,5 kilometr, diametri isə 325 millimetrdir.

İdarə tərəfindən, həmçinin "Abşeron" və "Darvin Bankəsi" yataqlarında sualtı kommunikasiyanın öyrənilməsi məqsədi ilə sonar işlər aparılıb.

Qeyd olunan işlər "M.Süleymanov" və "Geofizik-2" gəmiləri vasitəsilə aparılıb.

Xəbər lenti

Xəbər lenti