...

Əməliyyat şirkəti 2010-cu ildə Azərbaycanın quru yatağında iki quyu qazacaq

Energetika Materials 18 Yanvar 2010 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir V.Şərifov/

Azərbaycanın "Kürsəngi-Qarabağlı" quru yatağında neft hasilatı ilə məşğul olan "Salyan Oyl" əməliyyat şirkəti 2010-cu ildə öz müqavilə ərazisində iki quyu qazacaq. Bu barədə neft-qaz bazarında məlumatlı olan mənbə deyib.

Quyuların qazılması haqqında qərar Bakıda keçirilən əməliyyat komitəsinin iclasında qəbul edilib. Quyunun layihə dərinliyi 3500 metr təşkil edir. "Salyan Oyl" istismar quyuları qazacaq, belə ki, şirkət üç kəşfiyyat quyusunun qazılması üzrə layihə öhdəliyini artıq yerinə yetirib.

Mənbənin sözlərinə görə, "Salyan Oyl" əməliyyat şirkətinin 2010-cu ilə olan büdcəsi bu ayın sonuna qədər məlum olacaq. Belə ki, əməliyyat komitəsinin ötən iclasında tərəflər büdcəni müəyyənləşdirə bilməmişdilər.

"Salyan Oyl" 2009-cu ildə müqavilə ərazisində 4 istismar quyusu qazıb. Hazırda bu yataqlardan hasil edilən neft hasilatı sutkada 640 ton təşkil edir. Bir neçə il əvvəl bu göstərici 1050 ton olub ki, bu da çoxdan işlənilən yataqlarda neft hasilatının təbii azalması və çox dərin olan yeni quyuların qazılması ilə izah edilir.

Yataqlar Azərbaycanın Salyan rayonunda (Bakıdan 150 kilometr məsafədə) yerləşir. Bir sıra mütəxəssislərin fikrincə, müqavilə ərazisində qalan neft ehtiyatları 150 milyon tondan artıqdır.

"Kürsəngi-Qarabağlı" quru yataqlarının işlənməsi üzrə müqavilənin müddəti 25 ildir. Layihənin səhmdarları bunlardır: ARDNŞ (50 faiz) və 25 faizə malik iki Çin şirkəti - China National Oil & Gas Exploration and Development Corp. (CNODC) və CNPC (Hong Kong) Ltd. (CNPCHK).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti