...

ARDNŞ Bakı-Novorosiysk neft-kəməri vasitəsilə neft nəqlinin həcmini azaldıb

Energetika Materials 18 Yanvar 2010 21:00 (UTC +04:00)
Hazırda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Bakı-Novorossiysk" neft-kəməri vasitəsilə sutkada 6,5 min ton neft nəql edir. Bu barədə bazar ertəsi neft-qaz bazarının mənbəsi deyib.

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir E.İsmayılov/

Hazırda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Bakı-Novorossiysk" neft-kəməri vasitəsilə sutkada 6,5 min ton neft nəql edir. Bu barədə bazar ertəsi neft-qaz bazarının mənbəsi deyib.

"Hazırda yanvar üçün nəzərdə tutulmuş həcm çərçivəsində neft kəməri vasitəsilə sutkada 6,5 min ton neft nəql edilir", - mənbə deyib.

Onun sözlərinə görə, yanvarda "Bakı-Novorossiysk" neft-kəməri vasitəsilə 130 min ton Azərbaycan nefti nəql olunacaq. 2010-cu ilin birinci rübündə bu göstərici 450 min ton təşkil edəcək.

Həmçinin bu günlərdə neft-kəməri vasitəsilə sutkalıq nert nəqlinin 2,5 min tonadək azaldılması planlaşdırılır. Bu məqsədlə ARDNŞ Rusiya tərəfinə xəbərdarlıq göndərib və hazırda şirkət cavab gözləyir. "Rezervuarlarda təmizləmə işləri aparmaq məqsədilə nəqlin həcminin azaldılması planlaşdırılır", - mənbə qeyd edib.

Proqnozlarına əsasən, Azərbaycan "Bakı-Novorossiysk" neft-kəməri vasitəsilə 2010-cu ildə, 2009-cu ildə nəql edilmiş 2,5 milyon ton neftə nisbətdə 1,8 milyon ton neft nəql edəcək.

ARDNŞ "Bakı-Novorossiysk" boru kəməri vasitəsilə öz yataqlarından hasil edilən nefti, və həmçinin də Azərbaycanın quru ərazilərində işləyən Birgə Müəssisələrin və Əməliyyat Şirkətlərinin neftini nəql edir.

Bu gün "Bakı-Novorossiysk" boru kəməri vasitəsilə neftin nəql edilməsi zamanı Azərbaycan Novorossiysk limanında Ural markalı neft əldə edir.

2007-ci ilin sonunadək bu boru kəmərinin operatoru ABƏŞ olub, sonradan isə bu funksiyanı ARDNŞ-yə verib.

Xəbər lenti

Xəbər lenti