...

2009-cu ildə Azərbaycanda neft hasilatı 13,5 faiz artıb

Energetika Materials 19 Yanvar 2010 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar / Trend /

2009-cu ildə Azərbaycanda 50,4 milyon tona yaxın neft və kondensat hasil edilib ki, bu da 2008-ci ildəki göstəricidən 13,5% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

2009-cu ildə hasil edilən neftin əsas həcmi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) payına düşür. ABƏŞ "Azəri-Çıraq-Günəli" dəniz yataqları blokunda və "Şahdəniz" qaz-kondensat yatağında 41,9 milyon ton neft və qaz-kondensat hasil edib ki, bu da ötən ildəki göstəricidən 16,8% çoxdur.

2009-cu ildə Azərbaycanda qaz hasilatı 23,6 milyard kubmetrə yaxın təşkil edib ki, bu da 2008-ci ilə nisbətən 0,8% çoxdur. "Azəri-Çıraq-Günəşli" (səmt qazı) və "Şahdəniz" yataqlarının payına 10,1 miltyard kubmetr qaz düşüb ki, bu da 2008-ci ildən 9% çoxdur.

2009-cu ildə Azərbaycanda 17,8 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da 2008-ci ilə nisbətən 12,8% aşağıdır. Keçən il istehsal edilən elektrik enerjisinin ümumi həcmindən 87,8% istilik elektrik stansiyalarının, qalan 12,8% isə su elektrik stansiyalarının payına düşüb.

Xəbər lenti

Xəbər lenti