...

ARDNŞ 2009-cu ildə öz yataqlarında 7,3 milyon tona yaxın neft hasil edib

Energetika Materials 19 Yanvar 2010 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar / Trend /

ARDNŞ-nin neft-qaz çıxarma idarələri 2009-cu ildə ölkənin offşor və onşor yataqlarında 54 milyon barelə yaxın (7,3 milyon ton) neft hasil edib. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

ARDNŞ-nin payına xarici şirkətlərlə birgə layihələrdə 13 milyon barel neft düşür. Bu həcmdən 1,8 milyon barelə yaxını əməliyyat şirkətinin, 10 milyon bareldən çoxu "Azəri-Çıraq-Günəşli" layihəsinin payına düşür. "Şahdəniz" yatağından hasil edilən qaz-kondensat isə 139,27 min ton təşkil edib.

ARDNŞ 2009-cu ildə 7,3 milyard kubmetrə yaxın qaz əldə edib. ARDNŞ-nin neft-qaz çıxarma idarələri bu dövr ərzində 6,8 milyard kubmetrə yaxın qaz hasil edib. Quruda qaz hasil edən əməliyyat şirkətləri və birgə müəssisələr 2009-cu ildə ARDNŞ-yə 65 milyon kubmetr qaz veriblər.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti 2009-cu ildə ARDNŞ üçün "Azəri-Çıraq-Günəşli" yataqlarından 3,9 milyard kubmetrə yaxın səmt qazı hasil edib.

Azərbaycanda 57 neft qaz yatağı var. Onlardan 18-i dənizdə, qalanları isə quruda yerləşir.

Xəbər lenti

Xəbər lenti