...

Qazaxıstan Prezidenti qaz əməliyyatları məsələsində Azərbaycandan nümunə götürməyi məsləhət görür

Energetika Materials 22 Yanvar 2010 15:28 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev səmt qazından əldə edilən gəlirlər məsələsində hökumətə Azərbaycanın təcrübəsini öyrənməyi tövsiyə edib.
Qazaxıstan Prezidenti qaz əməliyyatları məsələsində Azərbaycandan nümunə götürməyi məsləhət görür

Qazaxıstan, Astana, 22 yanvar / Trend , müxbir K.Konırova/

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev səmt qazından əldə edilən gəlirlər məsələsində hökumətə Azərbaycanın təcrübəsini öyrənməyi tövsiyə edib. Bu barədə Trend -ın xüsusi müxbiri Astanadan məlumat verib.

"Niyə səmt qazı neft hasil edən şirkətlərə məxsus olmalıdır? Axı bu müqavilədə yoxdur. Deyirlər ki, Azərbaycanda bu məsələni həll ediblər", - Nazarbayev cümə günü 2009-cu ilin yekunları üzrə Ak-Ordada keçirilən iclasda deyib.

Qazaxıstan Prezidentinin fikrincə, səmt qazı dövlətin mülkiyyətidir.

"Səmt qazının heç bir qiyməti yoxdur. Sahibkar onun hasilatına heç bir vəsait xərcləmir", - Nazarbayev deyib.

Qazaxıstan Prezidenti Baş nazir Kərim Məsimova, xüsusilə də yeni müqavilələrin imzalanması zamanı bu məsələ üzərində işləməyi tapşırıb.

Azərbaycan 1994-cü ildə bağlanan PSA tipli müqaviləyə əsasən "Azəri-Çıraq-Günəşli" dəniz neft yataqlar blokunun işlənməsində hasil edilən səmt qazını pulsuz əldə edir. 2009-cu ildə Azərbaycan "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi ilə məşğul olan ABƏŞ konsorsiumundan təxminən 4 milyard kubmetr səmt qazı alıb. 2008-ci ildə bu göstərici 2 milyard kubmetr təşkil edib.

Xəbər lenti

Xəbər lenti