...

Azərbaycan 2010-cu ildə elektrik enerjisi istehsalını artıracaq

Energetika Materials 23 Yanvar 2010 17:57 (UTC +04:00)

Hökumətin proqnozuna əsasən Azərbaycanda 2010-cu ildə 18,92 milyard kilovatt saat elektrik enerjisi istehsal edilməsi planlaşdırılır, 2009-cu ildə bu göstərici 18,6 milyard kilovatt saat, 2008-ci ildə isə 21,2 milyard kilovatt saat təşkil edib.

Hazırda elektrik enerjisi istehsalının ümumi gücü təxminən 6 min meqavata çatır. İstehsal edilən elektrik enerjisinin əsas həcmi istilik elektrik stansiyalarının payına düşür.

2010-cu il ərzində qonşu ölkələrlə - Rusiya, İran, Türkiyə və Gürcüstanla enerji mübadiləsi davam etdiriləcək. 2010-cu ildə elektrik enerjisinin idxalı 146 milyon kilovatt saat həcmində, ixracı isə 436 milyon kilovatt saat həcmində proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti