...

Gürcüstan sutkada 4 milyon kubmetrə yaxın Azərbaycan qazı əldə edir

Energetika Materials 25 Yanvar 2010 17:21 (UTC +04:00)
Hazırda ARDNŞ Gürcüstana sutkada 2 milyon kubmetrdən artıq qaz ixrac edir. Bu barədə bazar ertəsi neft-qaz sahəsindəki mənbə deyib.

Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir S.Əliyev/

Hazırda ARDNŞ Gürcüstana sutkada 2 milyon kubmetrdən artıq qaz ixrac edir. Bu barədə bazar ertəsi neft-qaz sahəsindəki mənbə deyib.

Gürcüstan Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından daha 1,8 milyon kubmetrə yaxın Azərbaycan qazı əldə edir.

ARDNŞ Gürcüstana qaz tədarükünü Azərbaycanın Qazax rayonunda iki ölkəni birləşdirən boru kəməri vasitəsilə həyata keçirir. Bu boru kəməri vasitəsilə qazın vurulma gücü ildə 3 milyard kubmetrə yaxın təşkil edir.

2008-ci ilin noyabr ayında Azərbaycan və Gürcüstan arasında ARDNŞ-nin 2009-cu ildən başlayaraq növbəti 5 il ərzində Gürcüstan bazarında fəaliyyətini aktivləşdirmək imkanı yaradan saziş imzalanıb. Memaronduma əsasən, ARDNŞ layihənin reallaşması üçün SOCAR Georgia Gas törəmə müəssisəsini yaradıb.

Həmçinin, 2008-cil il dekabrın 26-da ARDNŞ və Gürcüstan hökuməti 30 qazpaylayıcı təsərrüfat və qazpaylayıcı şəbəkənin istifadəyə verilməsi barədə müqavilə imzalayıb. Bu şəbəkələr Gürcüstanın Kaxeti, Msxeta-Mtianeti, Şido və Kvemo-Kartli, Acarıstan, Quriya, İmeretiya, Sameqrelo kimi regionlarını əhatə edir. Bu şəbəkələr 24 şirkət tərəfindən istismar olunur.

SOCAR Energy Georgia-dakı mənbə daha əvvəllər demişdi ki, 2009-cu ildə ARDNŞ Gürcüstan bazarına ümumilikdə 302 milyon kubmetr sosial qaz və 140 milyon kubmetrə yaxın kommersiya qazı verib.

Xəbər lenti

Xəbər lenti