...

ARDNŞ aprelə qədər Azərbaycanın iri yeraltı qaz anbarının gücünü iki dəfə artıracaq

Energetika Materials 25 Yanvar 2010 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar / Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Qalmaz" yeraltı qaz anbarının aktiv saxlama həcminin 1,2 milyard kubmetrdən 2,4 milyard kubmetrə çatdırılması üzrə işləri davam etdirir. Bu barədə ARDNŞ-nin məlumatda deyilir.

Tikintinin baş podratçısı ARDNŞ-nin "Neftqaztikinti" Trestidir.

Layihəyə əsasən, qaz anbarının paylayıcı sistemi 100 quyudan ibarət olacaq. Qaz anbarının genişləndirilməsi işləri çərçivəsində 16 aqreqatdan ibarət kompressor stansiyası modernləşdiriləcək. Stansiyaya daha iki aqreqat əlavə olunacaq.

"Neftqaztikinti" Tresti bu qaz anbarını təmin etmək üçün ötən il oktyabrın 1-də uzunluğu 46 km, ötürücülük qabiliyyəti sutkada 5-6 milyon kubmetr olan ikinci qaz kəmərinin tikintisinə başlayıb.

Bu qaz kəməri iki hissədən ibarətdir. Birinci hissəsi öz başlanğıcını "Şahdəniz" yatağından hasil olunan qazın daxil olduğu Səngəçal terminalından götürür. Qaz kəmərinin ikinci hissəsi onu "Qalmaz" yeraltı qazsaxlama anbarı ilə əlaqələndirir.

Qaz anbarının genişləndirilməsinə dair bütün işlər bu ilin aprelinədək başa çatdırılacaq.

Hazırda Azərbaycanda iki yeraltı qaz anbarı var - "Qalmaz" və "Qaradağ". 2009-cu il ərzində onlara təxminən iki milyard kubmetr qaz vurulub. Qaz payız və qış mövsümündə istifadə edilmək üçün yaz və yay mövsümündə vurulur.

Xəbər lenti

Xəbər lenti