...

"Ekol" QSC ARDNŞ-in mədənlərində ekoloji tədbirlər həyata keçirəcək

Energetika Materials 30 Yanvar 2010 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar / Trend /

ARDNŞ-in potensial podratçısı olan "Ekol Mühəndislik Xidmətləri" QSC 2010-cu ildə ARDNŞ mədənlərində qazma və neft şlamlarının bioremedasiyasını həyata keçirəcək. QSC-nin rəsmi internet saytında yerləşdirilmiş məlumatda deyilir.

Plana əsasən nəzərdə tutulan işlər Z. Tağıyev adına NQÇİ (9 hektar), Siyəzənneft (15 hektar), "Abşeronneft" NQÇİ (44 hektar) və "Muradxanlı yatağının (5 hektar) istehsalat ərazilərində aparılacaq.

Azərbaycanda 59 neft-qaz yatağı var. Onlardan 18-i dənizdə, qalanları isə quruda yerləşir.

Abşeron yarımadasında mövcud olan ekoloji problemlərin həlli üçün 2009-cu il martın 1-də yaradılan Ekol Mühəndislik Xidmətləri QSC-nin həmtəsisçiləri ARDNŞ (51%) və Lancer S.A. Services (49%) şirkətidir.

Xəbər lenti

Xəbər lenti