Azərbaycan enerji resurslarının tranziti məsələsinin siyasiləşdirilməsinin əleyhinədir – ARDNŞ rəhbəri

Energetika Materials 25 Fevral 2010 20:54 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şikrəti) Cənub enerji dəhlizi ilə Avropa ölkələrinə qaz nəqlini perspektiv istiqamət hesab edir. Bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev Rusiyanın "Qazprom" şirkətinin korporativ jurnalına (№1-2, yanvar-fevral 2010-cu il) müsahibəsində deyib.
Azərbaycan enerji resurslarının tranziti məsələsinin siyasiləşdirilməsinin əleyhinədir – ARDNŞ rəhbəri

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şikrəti) Cənub enerji dəhlizi ilə Avropa ölkələrinə qaz nəqlini perspektiv istiqamət hesab edir. Bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev Rusiyanın "Qazprom" şirkətinin korporativ jurnalına (№1-2, yanvar-fevral 2010-cu il) müsahibəsində deyib. Bu barədə Trend -a daxil olan məlumatda bildirilir.

Abdullayevin sözlərinə görə, Xəzər regionundan Avropaya qaz tədarükünə istiqamətlənmiş bir sıra layihələr həyata keçirilir. Buna misal olaraq Türkiyə-Yunanıstan-İtaliya, "Nabukko", Transadriatik boru kəməri və digərlərini göstərmək olar. Azərbaycan bu istiqamətin inkişafında maraqlı olan ölkələr və şirkətlərlə, həmçinin iqtisadi cəhətdən səmərəli marşrut, uzunmüddətli tranzit etibarlılığı və əsas istehlak bazarına çıxış baxımından daha cəlbedici seçim etmək məqsədilə Avropa Komissiyası ilə fəal əməkdaşlıq edir.

Abdullayevin sözlərinə görə, bununla da ARDNŞ enerji resurslarının tranziti məsələsinin siyasiləşdirilməsinin əleyhinədir və Azərbaycanın iqtisadi maraqlarına cavab verən bütün layihələri dəstəkləyəcək. Xüsusilə də ARDNŞ "Cənub Axını" layihəsində öz iştirakının mümkünlüyü məsələsini nəzərdən keçirməyə hazırdır.

"Cənub Axını" layihəsi Qara dənizin dibi ilə Rusiyadan Cənubi və Mərkəzi Avropaya qaz tədarükünü nəzərdə tutur. Layihənin əsas iştirakçıları Rusiyanın "Qazprom" və İtaliyanın ENİ şirkətləridir. Qaz kəmərinin istismara verilməsi 2015-ci ilə planlaşdırılır. Qaz kəmərinin planlaşdırılmış maksimum gücü ildə 63 milyard kubmetr təşkil edir. Layihə 25 milyard avro dəyərində qiymətləndirilir.

Abdullayevin müsahibədə dediyi kimi, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatı iki trilyon kubmetr, təxmin edilənə görə isə beş-altı trilyon kubmetr təşkil edir.

"2015-ci ilə qədər Azərbaycanda neft hasilatı ildə 60 milyon ton, qaz hasilatı isə 35-40 milyon kubmetr səviyyəyə çatacaq", - Abdullayev əvvəlcə demişdi. Ötən il Azərbaycanda 50,4 milyon ton neft hasil olunub ki, bu 2008-ci ilin göstəricisindən altı milyon ton çoxdur. 2009-cu ildə qaz hasilatı 23,7 milyard kubmetr olub ki, bu da 2008-ci ilin göstəricisindən 286 milyon kubmetr çoxdur.

Xəbər lenti

Xəbər lenti