Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir A.Bədəlova/
Ötən həftə ərzində (15-22 fevral) Avropanın 27 ölkəsində Euro-super 95 markalı benzinin orta qiyməti min litrə 1263 avro (ƏDV daxil) təşkil edib. Benzinin qiyməti üzrə statistik məlumatlar Avropa Komissiyasının rəsmi saytında öz əksini tapıb.
Ötən həftə ərzində Avropa ölkələri arasında Euro-super 95 markalı benzinin ən yüksək qiyməti Niderlandda müşahidə olunub. Ötən həftənin yekunlarına görə, bu ölkədə həmin markalı benzinin qiyməti 44 avro artaraq min litrə 1463 avro təşkil edib.
Bu markalı benzinin ən aşağı orta qiyməti Bolqarıstanda və Kiprdə müşahidə olunub. Bolqarıstanda ötən həftənin yekununa görə, orta qiymət 9 avro artaraq min litrə 960 avro təşkil edib. Kiprdə isə dəyişilməz olaraq qalıb.
Euro-super 95 markalı benzinin qiymətinin yüksəkliyinə görə ikinci yerdə duran ölkə Danimarkadır. Bu ölkədə ötən həftəyə görə həmin markalı benzinin qiyməti min litrə 1414 avro təşkil edib, bundan əvvəlki həftədə isə bu göstərici min litrə 1385 avro təşkil etmişdi.
Finlandiyada Euro-super 95 markalı benzinin dəyəri ötən həftəyə görə 19 avro azalaraq 1349 avro təşkil edib.
Ötən həftə ərzində həmin markalı benzinin qiymətinə görə dördüncü yeri tutan Belçikada qiymət min litrə 1347 avro təşkil edib. Budan əvvəlki həftədə Belçikada qiymət min litrə 1297 avro təşkil etmişdi.
Ötən həftə ərzində həmin markalı benzinin qiymətinə görə beşinci yeri tutan Portuqaliyada qiymət min litrə 1319 avro təşkil edib. Budan əvvəlki həftədə Portuqaliyada qiymət min litrə 1313 avro təşkil edib.
Ötən həftə ərzində Euro-super 95 markalı benzinin qiyməti İtaliya və Almaniyada min litrə 1311 avro təşkil edib. Ötən həftə İtalyada benzinin qiyməti 12 avro Almaniyada isə min litrə 5 avro azalıb.
Ötən həftə ərzində yeddinci yeri tutan Fransada Euro-super 95 markalı benzinin qiyməti min litrə 1303 avro təşkil edib. Bu da ötən həftədəkinə nisbətən min litrə 1296 avro təşkil edib.
Ötən həftə ərzində səkkizinci yeri tutan İsveçdə həmin markalı benzinin qiyməti 50 avro azalaraq min litrə 1302 avro təşkil edb.
Böyük Britaniyada Euro-super 95 markalı benzinin qiyməti ötən həftə ərzində min litrə 1268 avro təşkil edib. Ötən həftə Britaniyada qiymət 1286 avro təşkil edib.
Avropa ölkələri arasında Euro-super 95 markalı benzinin qiymətinin yüksəkliyinə görə onuncu yeri Yunanıstan tutub. Bu ölkədə qiymət 9 avro azalaraq min litrə 1252 avro təşkil edib.
Avropanın 27 ölkəsində Euro-super 95 markalı benzinin qiymətinin (vergilər daxil olmaqla) müqayisə cədvəli:
|
Ölkələr |
Qiymət/avro (15-22 fevral) |
Qiymət/avro (8-15 fevral) |
|
Niderland |
1463 |
1419 |
|
Danimarka |
1414 |
1385 |
|
Finlandiya |
1349 |
1368 |
|
Belçika |
1347 |
1297 |
|
Portuqaliya |
1319 |
1313 |
|
Almaniya |
1311 |
1299 |
|
İtalya |
1311 |
1306 |
|
Fransa |
1303 |
1296 |
|
İsveç |
1302 |
1252 |
|
Böyük Briyaniya |
1268 |
1289 |
|
Yunanıstan |
1252 |
1243 |
|
İrlandiya |
1244 |
1244 |
|
Macarıstan |
1181 |
1175 |
|
Çexiya |
1179 |
1171 |
|
Slovakiya |
1173 |
1176 |
|
Sloveniya |
1157 |
1157 |
|
Malta |
1150 |
1150 |
|
Litva |
1140 |
1126 |
|
Luksemburq |
1117 |
1110 |
|
Avstriya |
1109 |
1090 |
|
İspaniya |
1107 |
1098 |
|
Polşa |
1087 |
1075 |
|
Estoniya |
1074 |
1075 |
|
Latviya |
1050 |
1051 |
|
Ruminya |
996 |
1012 |
|
Bolqarıtan |
960 |
951 |
|
Kipr |
960 |
960 |