...

Azərbaycan öz qazının Suriyaya tədarükünə başlamaq niyyətindədir

Energetika Materials 1 Mart 2010 14:23 (UTC +04:00)
2010-cu ilin sonundan etibarən Azərbaycan öz qazının Suriyaya tədarükünə başlamaq niyyətindədir. Suriya Prezidenti Bəşşar əl-Əsədin ötən ilin iyununda Azərbaycana səfəri zamanı tərəflər bir milyard kubmetr qaz tədarükü barədə razılaşıblar.

Azərbaycan, Bakı, 01 mart / Trend , müxbir S.Əliyev/

2010-cu ilin sonundan etibarən Azərbaycan öz qazının Suriyaya tədarükünə başlamaq niyyətindədir. Suriya Prezidenti Bəşşar əl-Əsədin ötən ilin iyununda Azərbaycana səfəri zamanı tərəflər bir milyard kubmetr qaz tədarükü barədə razılaşıblar. Bu barədə Azərbaycanın Sənaye və Energetika Nazirliyinin mətbuat katibi Azər Məsimli bazar ertəsi bildirib.

Onun sözlərinə görə, tərkibinə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) nümayəndələri daxil olan, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Suriyaya yola düşüb. Onlar bu razılaşmanın həyata keçirilməsini müzakirə etmək niyyətindədirlər.

Əvvəlcə Suriya və Türkiyə iki ölkənin qaz nəqli sistemləri arasında əlaqələndirici qaz kəmərinin tikintisi barədə razılaşma əldə ediblər. Qaz kəməri ilin sonuna kimi istismara veriləcək. Bu prosesin başa çatmasından sonra Azərbaycan qazı bu marşrut vasitəsilə Suriyaya keçə bilər.

Bu gün Azərbaycan Cənubi Qafqaz qaz kəməri (Bakı-Tbilisi-Ərzurum) vasitəsilə "Şahdəniz" qaz-kondensat yatağından Türkiyəyə öz qazını nəql edir.

Lakin Azərbaycan Türkiyə ərazisindən öz qazının tranzit edilməsi barədə bu ölkə ilə danışıqları davam etdirir.

Paketdə Azərbaycanın yanacağının Türkiyə ərazisi vasitəsilə tranzit edilməsi üçün müqavilə bağlanılması, həmçinin "Şahdəniz" yatağının işlənməsinin birinci və ikinci mərhələləri çərçivəsində Türkiyə üçün qazın dəyəri və həcmi məsələsi müzakirə olunur.

Xəbər lenti

Xəbər lenti