Azərbaycan, Bakı, 1 mart / Trend /
İranın inkişafı üzrə dördüncü Dövlət Proqramının reallaşması çərçivəsində 19 yeni neft yatağı və təbəqəsi, səkkiz qaz yatağı və təbəqəsi kəşf edilib. Bu barədə İran Milli Neft Şirkətinin kəşfiyyat işləri üzrə direktoru Mahmud Mühəddis məlumat verib.
Həmin yataqların ehtiyatlarının dəyəri ümumilikdə 633 milyard dollar həcmində qiymətləndirilib. Bu barədə SHANA agentliyi məlumat yayıb.
Mühəddisin sözlərinə görə, 303 milyard dollar həcmində neft və qaz- kondensat yataqları, 330 milyard dollar həcmində qaz yataqları kəşf edilib.
O bildirib ki, kəşfiyyat quyularının qazılmasına 160 milyon dollar sərf olunub.