...

Yanvarda Azərbaycan əhalisinə 256,5 milyon kubmetr qaz verilib

Energetika Materials 1 Mart 2010 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart / Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2010-cu ilin yanvar ayında Azərbaycan əhalisinə 256,5 milyon kubmetr qaz verib. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

Sənaye müəsisələrinə təxminən 92 milyon kubmetr mavi yanacaq verilib.

Kommunal büdcə müəssisələrinə ötən il təxminən 41,2 milyon kubmetr qaz verilib.

Naxçıvan Muxtar Respublikası enerji üzrə dövlət agentliyi 2010-cu ilin yanvarında ARDNŞ-dən səkkiz milyon kubmetr qaz alıb.

Əvvəllər ölkə ərazisində bütün daxili qaz əməliyyatlarını "Azəriqaz" QSC həyata keçirib. Ötən ilin iyunundan etibarən QSC İB-də yenidən təşkil edilib və ARDNŞ-nin tərkibinə daxil edilib.

Xəbər lenti

Xəbər lenti