...

ARDNŞ "Bakı-Novorossiysk" kəməri ilə yanvar- fevral aylarında təxminən 280 min ton neft nəql edib

Energetika Materials 3 Mart 2010 11:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 mart / Trend /

ARDNŞ bu ilin yanvar- fevral aylarında "Bakı-Novorossiysk" neft kəməri vasitəsilə 2009-cu ilin analoji dövründə olan 385,64 min tonla müqayisədə təqribən 289,3 min ton neft ixrac edib. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

Bu neft kəməri üzrə 2009-cu ildəki 159,5 min tona nisbətdə bu ilin fevralında təqribən 218,45 min ton neft nəql olunub.

ARDNŞ "Bakı-Novorossiysk" neft kəməri vasitəsilə 2008-ci ildəki 1,2 milyon tona nisbətdə 2009-cu ildə təqribən 2,5 milyon ton neft nəql olunub. 2006-cı ildə neft ixracı 2007-ci ildəki göstərici ilə eynidir. 2005-ci ildə "Bakı-Novorossiysk" kəməri ilə ixrac 1,6 milyon ton neft təşkil edib.

ARDNŞ Novorossiysk vasitəsilə şəxsi yataqlarından hasil edilən neftin və Azərbaycanda quruda fəaliyyət göstərən birgə müəssisə və əməliyyat şirkətlərinin neftinin daşınmasını həyata keçirir.

Bu gün "Bakı-Novorossiysk" boru kəməri vasitəsilə neftin nəqli zamanı Azərbaycan Novorossiysk limanında Urals markalı neft əldə edir.

"Bakı-Novorossiysk" boru kəmərinin operatoru 2007-ci ilin sonunadək ABƏŞ olub, sonradan bu funksiyanı ARDNŞ-yə verib.

Xəbər lenti

Xəbər lenti