...

İranda benzin istehlakı artıb

Energetika Materials 3 Mart 2010 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend /

İranda yanvarın 21-dən fevralın 20-dək 1,897 milyard litr benzin istehlak olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə (1 milyard 867 milyon 300 min litr) 29 milyon 800 min litr çoxdur. Bu barədə İranın neft şirkətinin SHANA saytı məlumat yayıb.

İranın Neft Emalı və Neft Məhsulları üzrə Milli Şirkətinin rəsmi statistikasına müvafiq olaraq, ölkədə bu dövrdə orta hesabla sutkada 63 milyon 250 min litr benzin və 98 milyon 950 min litr dizel yanacağı sərf olunub.

Xəbər lenti

Xəbər lenti