...

İranın Xəzərdə qazma işləri aparması delimitasiya məsələlərinə zidd deyil - Azərbaycan XİN rəhbərinin müavini

Energetika Materials 4 Mart 2010 10:21 (UTC +04:00)
İranın Xəzərdə qazma işləri aparması Azərbaycanla bu ölkə arasında dənizin delimitasiyası ilə bağlı müzakirə edilən məsələlərə zidd deyil. Bunu çərşənbə günü Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
İranın Xəzərdə qazma işləri aparması delimitasiya məsələlərinə zidd deyil - Azərbaycan XİN rəhbərinin müavini

Azərbaycan, Bakı, 3 mart / Trend , müxbir M.Əliyev/

İranın Xəzərdə qazma işləri aparması Azərbaycanla bu ölkə arasında dənizin delimitasiyası ilə bağlı müzakirə edilən məsələlərə zidd deyil. Bunu çərşənbə günü Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

"İranAzərbaycan arasında delimitasiya prosesi (Xəzərin) gedir və İranın hazırkı fəaliyyəti (quyunun qazılması) delimitasiya məsələlərinə zidd deyil", - nazir müavini bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi İranın Xəzərdə qazma işləri ətrafında vəziyyətlə maraqlanıb və "məlum olub ki, İranın fəaliyyəti Azərbaycanın suveren hüquqlarına zidd deyil".

İran fevralın ortalarında Xəzərdə "Əmir Kəbir" platformasında ilk kəşfiyyat quyusunun qazılmasına başlayıb. Bu platformada birinci mərhələdə üç kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur. İran qazmanı öz karbohidrogen ehtiyatlarını dəqiqləşdirmək üçün aparır.

Xəbər lenti

Xəbər lenti