...

ARDNŞ yeni platformanın qurulmasına hazırlaşır

Energetika Materials 6 Mart 2010 14:06 (UTC +04:00)

Azərbycan, Bakı, 6 mart / Trend , müxbir E.İsmayılov/

İlin sonuna kimi ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Heydər Əliyev adına Dərin Özüllər Zavodu "Neft Daşları-2585" dördbloklu platformasının üçüncü blokunun tikintisini başa çatdıracaq. Bu barədə şənbə günü ARDNŞ-dəki mənbə bildirib.

Mənbənin bildirdiyi kimi, bloklardan biri qurulma yerinə aparılmağa artıq hazırdır, ikinci blokun tikintisi üzrə işlər isə 99% yerinə yetirilib.

Mənbənin sözlərinə görə, əvvəllər qalan iki bloku ARDNŞ-nin "Neftqaztikinti" Trestinin inşa edəcəyi nəzərdə tutulmuşdu. Lakin sonradan üçüncü blokun inşasının zavoda verilməsi qərarı qəbul edilib. İnşa işlərinə başlamaq üçün blokun lazımi hissələri trestin tikinti meydançasından zavoda gətirilməlidir.

"Üçüncü blokun tikintisi üzrə işlər davam etdirilir, işlərin may ayının sonuna başa çatdırılması planlaşdırılır", - mənbə deyib.

Hündürlüyü 64 metr olan platforma suyun 46 metr dərinliyində beşbloklu "Neft Daşları-1887" platformasından 500 metr məsafədə yerləşir. Yeni platformada 12 quyunun qazılması planlaşdırılır.

Yeni platformalar ehtiyatı xeyli tükənən "Neft Daşları" yatağında neft hasilatının həcmini sabit saxlamaq üçün vacibdir. "Neft Daşları" Azərbaycanın karbohidrogen hasilatına başladığı ilk dəniz yatağıdır.

Bu tədbirlər Azərbaycan Prezidentinin "Neft Daşları" Neftqazçıxarma İdarəsindən hasilat həcminin 812 min tondan 1,2 milyon tonadək (1,5 dəfə) artırılmasına dair sərəncamı çərçivəsində həyata keçirilir.

ARDNŞ prezidenti Rövnəq Abdullayevin əvvəlcə dediyi kimi, Azərbaycanın "Neft Daşları" dəniz neft-qaz yatağının çıxarıla bilən qalıq ehtiyatları 182 milyon ton neftdən çoxdur. Bu yatağın geoloji ehtiyatları 365 milyon ton həcmində qiymətləndirilir. Mənimsənilmə üzrə mövcud layihəyə uyğun olaraq, "Neft Daşları" yatağının işlənməsi 2035-ci ildə başa çatmalıdır.

Xəbər lenti

Xəbər lenti